Bakıda dəhşətli hadisə – ÖLƏN VƏ YARALANANLAR VAR
Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Hövsan-Zığ yolunda “Lada Priora” və “Vaz 2107” markalı iki minik avtomobili toqquşub.
Nəticədə avtomobillərdə olan şəxslərdən 21 yaşlı oğlan hadisə yerində ölüb. Daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

