20 yaşlı hamilə həyat yoldaşını vəhşicəsinə döydü, bətnindəki körpə…
Adanada kişi 20 yaşlı dini nikahlı hamilə həyat yoldaşını döyərək xəstəxanalıq edib.
ARANTV.AZ xəbər verir ki, Abulkadir.Ç 8 aylıq hamilə olan həyat yoldaşı H.A-nı vəhşicəsinə döyüb.
Döydüyü həyat yoldaşının vəziyyətinin ağırlaşdığını görən kişi onu şəxsi avtomobilli ilə xəstəxanaya qaldırıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.
Doğulmamış körpəsini öldürən Abulkadir.Ç polislər tərəfindən saxlanılıb. big.az

