Türkiyə səfiri Azərbaycanı təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.
ARANTV.AZ xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.
Diplomat dalğalanan Azərbaycan bayrağının videosunu paylaşıb və yazıb: “Qafqazın zirvəsində dalğalanan üçrəngli şanlı bayraq”.

