Hindistanlı deputat Hitlerə “çevrildi” – VİDEO
Hindistan parlamentinin deputatı Naramalli Sivaprasad işə Adolf Hitlerin paltarında gəlib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, “Teluqu Desam” partiyasından olan siyasətçi süni bığ yapışdırmaqla və qolunda svastika olan xaki rəngli pencək geyinməklə özünü 1 nömrəli faşistə bənzədib.
Həmkarları ilə görüşdükdə isə deputat alman dilindəki sözlərə bənzər sözlər deməyə çalışıb.
Naramalli Sivaprasad bildirib ki, seçdiyi qeyri-adi üsulla Hindistanın Andxra Pradeş ştatına xüsusi status verilməsinə çağırır.
Qeyd edək ki, keçmiş aktyor Sivaprasad əvvəllər də parlamentə əcaib kostyumlarda, məsələn çoban, fermer, hətta qadın kostyumlarında gəlib.

