Cümə axşamı, 02 İyl, 2026

Xurma ağacından yıxılan şəxs öldü

Göyçay rayon sakini xəstəxanada vəfat edib.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Yalman kənd sakini, 1973-cü il təvəllüdlü Pəhlivan Allahverdiyev noyabrın 16-da xurma yığarkən ağacdan yıxılaraq xəsarət alıb.

O, ötən gün axşam saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.