Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü
Şəhid Vasif isamyıllının adın daşıyan sinif otağı.
Vasif İsmayıllı…Sağ ikən kim olduğu,həyatı,arzuları və istəkləri çox az insan tərəfindən bilinən,ən uca zirvəyə-şəhadətə yüksəldikdən sonra isə tale yolu hər kəs tərəfindən öyrənilən,xalqın ölməz qəhrəmanına çevrilən vətənpərvər insan,ruhun şad olsun!

Dünya tarixində çoxsaylı müharibələr olub amma heç birində bir tərəf digərinə qarşı bu qədər biabırcasına davranmayıb,amansız faciələr qətillər törətməyib.Yazılan və yazılmayan beynəlxalq hüquq normalarını,ən əsası bütün insanlıq qanunlarını ayaqlar altına atmayıb.İstər 30 illik istərsədə 44 günlük müharibə yerlışdiyimiz coğrafiyada qəsdən qarşımıza çıxarılan “qədərimizdir” deyə sırıdılan qərb qonşumuz Ermənistanın məkirli niyyətlərini,mənfur xislətini sübuta yetirdi.Vətən müharibəsinin hər günü ədalətin bərpası üçün çalışan,doğma torpaqların düşmən tapdağından kəntbəkənd,şəhərbəşəhər azad edən,ədalətli müharibə apararaq ali məqsədinə doğru irəliləyən Azərbaycan ordusunun zəfər yürüşünə mane olmaq üçün Ermənistan hərbi-siyasi birləşmələri növbəti dəfə cəsarətsizliyini ört-basdır etmək üçün müharibə cinayətinə əl atdı.
Düşmənin xain hücumuna Füzuli,Tərtər,Ağdam və Gəncənin aranın qapısı,cəbhə xəttindən xeyli uzaqda olan vaxtilə çoxsaylı məcburi köçkünün pənah apardığı Bərdə şəhəri də tuş gəldi.
2020-ci ilin 28 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən “Simerç”,”Toçqa-U”,Elburus” və “Qrad tipli” raketlərdən biri-qadağan olunmuş silahlardan atılan bombalar şəhərin mülki əhalisi yerləşən hissəsində qanlı faciənin baş verməsinə səbəb oldu.108 nəfər yaralandı.Düşmənin müharibə cinayyətinin terror siyasətinin qurbanları sırasında 28 il öncə yurdundan didərgin salınan,məcburi köçkün kimi yaşamağa məcbur edilən,arzuları yarımçıq qalan gözü həmişə “yol çəkən” 30 yaşlı Ağdam sakini Vasif İsmayıllı da vardı.Canını sevdiyi vətəninə qurban verən Vasifin həyat hekayəsini vərəqləyəndə görürsənki,onun qismətinə hələ uşaq ikən üzürənidə yünicə addımlamağa başlayan torpağında ayrılmaq,havaslnl içinə çəkdiyi vətənindən ayrı düşmək,ilk və ən xoş xatirələrinin yarandığı doğma elindən uzaqlaşmaq yazılmışdı.Ölməz qəhrəmanımız 1990-cı ildə Ağdam 20 yanvar küçəsində dünyaya göz açsada ,cəmi 2 yaşında ikən doğma şəhəri işğal edildi,atası Vaqif İsmayılov öz evi,el-obası,Ağdamın azadlığı üçün savaşaraq itgin düşdü,bəlkədə düşmən gülləsinə tuş gəldi,canını fəda etdi.Heç şübhəsiz ona görəydi ki,min bir zülüm-zillətə qonşu rayon Bərdəyə sağ-salamat çatan anası və nənəsi onu sakitləçdirə bilmədilər.Balaca Vasif uşaq olmasına baxmayaraq sanki vətənin ağrı acısını ürəyində daşıyırdı,taleyi ilə barışmaq istəmirdi.

Qəlbi həm vətən nisgilli,həm də hər an qapının açar deyə gözlədiyi atasının həsrətilə yanıb alışırdı.
Qarabağ,özünə qapanan daim fikirli,yaşıdlarından uzaq duraraq həmişə uzaqlara zillənmiş gözləri yol çəkirdi.vasifin artıq yoldaşları onun nədən belə olduğunu bilir və ovutmağa çalışırdılar.əzbərlədiyi şeirlərdən bir həsrət,küskünlük vardı.Ancaq dərslərini mükəmməl hazırlayar rüyaziyyata maraq göstərərdi.Heç yadımdan çıxmaz şagirdlərimin dünya görüşünün inkişafı ilə bağlı ailə üzvülərini əks etdirən tablo çəkməyi tapşırdım .Bu zaman Vasifin çəkdiyi şəkildə atasının əlindən ikiəlli möhkəm tutması diqqətimi cəlb etdi və hər il u tablolarda ata ön planda Vasifin isə onun əlindən ikiəlli tutmuş təsvirə rast gəlirdim.Beləcə kiçik Vasif böyük qəlbilə ibtidai sinifi əla qiymətlərlə bitirdi.Daim onun müəllimi kimi təhsili ilə maraqlanardım.Vasif orta təhsilini başa vurdu.Hərbi xidmətə getdi.Vətən borcunu layiqincə yerinə yetirdi.Artıq böyümüş Vasif dərdini anasından gizləməyə çalışırdı.Ana maşın alacam səni Ağdama aparacam sözləri ilə anasın ovundurardı.O sözünü tutdu.Çalışaraq maşın aldı,amma düşmənin xain hücumu Vasifin istəyinə çatmaslna əngəl oldu,tək amalı vətənini görmək arzusu ürəyində qaldı.Atasının qayıtmasını gözləmək üçün illərdi yollara zillədiyi gözləri əbədiyyətə yumulduVətən müharibəsinin 33-cü günündə 30 yaşında və həmin maşında evinə gedərkən düşmənin Bərdəyə xain hücumu Vasifin həyatla vidalaşmasına səbəs olsada onu arzularını el obasını azadlığa qovuşması istəyini Azərbaycan ordusunun qəhrəman oğulları yerinə yetirdi.Düşmənə döyüş meydanında sarsıdıcı zərbə vurmaqla Vasif kimi neçə-neçə şəhidimizin qisası alındı.Ağdamın bütövlükdə isə Qarabağın qara bəxti ağ günlərinə qovuşdu.Azərbaycanın “Böyük Qələbəsi” həm Vasifin həm də onun kimi minlətlə şəhid anasının təsəllisinə çevrildi.Vasifin də ruhunun şad olduğuna əminik çünki,həm atasına qovuşdu həm də Ağdamına indi bir yerdədirlər.Beləcədə xarabalığa çevrilmiş yurdunda yenidən həyatın qayıtmasına baxır və bu sözləri deyir:”Ana əkib-becərmək istədiyimiz həyətdə mən əvəzdən bir ağac ək torpaq həqiqətəndə vətəndir.Çünki uğrunda mənim kimi ölməyə hazır olan minlərlə vətəndaşın var”

Bu gün Vasifin yaşadığı sinif otağı şəhid Vasif İsamyıllının adın daşıyır.
Müsahibim: Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin sinif müəlliməsi
Ağayeva Məryəm.
Hazırladı: Arantv-nin əməkdaşı Əliyeva Nilufər.

