Cəmiyyət 

Bəzi qəbristanlıqlarda məzarların istiqaməti fərqlənir. Bunun səbəbi nədir?

 Bəzi qəbristanlıqlarda məzarların istiqaməti fərqlənir. Bunun səbəbi nədir?

İslam şəriətinə görə, qəbir elə qazılmalıdır ki, cənazə sağ böyrü üstə qoyulanda üzü qibləyə sarı olsun. Bu hesabla başdaşı sağ tərəfimizdə qalmaq şərti ilə məzarın qarşısında durduqda üzü qibləyə sarı durmuş oluruq. Bütün qəbirlər bu qayda əsasında qazılmalıdır. Lakin bəzi məzarlıqlarda qəbirlərin istiqamətinin bir-birindən fərqləndiyinin şahidi oluruq. Bunun bir səbəbi əvvəllər dəqiq hesabatlar aparmağın çətinliyi və eləcə də, bəzi dini şərtlər üzündən qiblənin istiqamətinin düzgün təyin edilməməsidir. Hətta bəzi qədim məscidlərin mehrabları da qiblədən bir qədər fərqlənir. Buna görə köhnə qəbirlərlə təzə qəbirlərin istiqamətində fərqlər ola bilər. Daha bir səbəb zaman keçdikcə yerin üst qatının dəyişikliklərə uğraması, süxurların yerdəyişməyə məruz qalmasıdır. Torpaq sürüşməsi və yer layının yerdəyişməsi nəticəsində bəzi yerlərdə məzarların istiqaməti o birilərdən fərlənə bilər.

Daha çox xəbərlər