Sosial 

Xankəndi-Laçın yolunda etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər – “Stop ekoterror”

Xankəndi-Laçın yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər.

ARANTV.AZ xəbər verir ki,  onlar ərazidə şamlarla “Stop ekoterror” yazıblar.

Dinc aksiyanın iştirakçıları “Stop ekoterror”yazısının ətrafında bayraqlarla durublar. Daha sonra onlar “Stop ekoterror” şüarı səsləndiriblər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Daha çox xəbərlər