Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Avropa Parlamentinə necə etibar etmək olar?

By Vüsal Rafiqoğlu
24.01.2023 3 Min Read

Məlum olduğu kimi, Avropa Birliyinin mühüm qurumu olan Avropa Parlamenti yanvarın 18-də Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib.

Qurumun sənədində reallıqdan uzaq, yalnız böhtan xarakterli Azərbaycan əleyhinə bəndlər yer alıb. Yalan üzərində qurulmuş qətnamədə iddia olunur ki, guya Azərbaycan Ermənistana hərbi təcavüz edib, Laçın yolu “blokada”dadır. Hətta bundan bir neçə gün öncə Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jelyana Zovko bəyanat yayaraq, rəsmi Bakını Laçın dəhlizinin “blokada”sına dərhal son qoymaq üçün bütün lazımi tədbirləri görməyə çağırmışdı. Məruzəçi bunu belə əsaslandırmışdı: “Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizindən ciddi narahatam, bu dəhliz artıq dörd həftədir ki, (Azərbaycan tərəfindən) bağlanıb və bu, ərzaq və digər zəruri mallara, eləcə də xidmətlərə çıxışa mane olur. Sülh prosesi üçün hər hansı humanitar nəticələrin və digər geri dönməz mənfi nəticələrin qarşısını almaq üçün blokada gecikmədən götürülməlidir”.

Bu qədər ədalətsiz, yalan, qərəzli yanaşma heç yerdə görülməyib. Axı Laçın yolu boyu ərzaq və digər məsulların keçidi üçün hər cür şərait yaradılır. O zaman belə qeyri-obyektiv çağırışdan və sərgilənən mövqedən sonra bu quruma necə etibar etmək olar?

Bu gün Ukraynada separatizmə qarşı çıxan Qərb Qarabağda separatçıları himayə edir, bəsləyir. Siyasi və iqtisadi dəstəyini kəsmir. Belə cəhdləri biz və bütün dünya ictimaiyyəti uzun illər davam etmiş, bu gün isə artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsi zamanı görmüşük. Keçmiş Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində yalnız sülh yolu ilə həll edilməsi üçün bütün imkanlara əl atmış Azərbaycan dövləti o zaman da ikili standartlarla, təzyiqlərlə üz-üzə qalmışdı. Məsələn, Avropa Parlamenti Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bir dəfə də olsun səsini çıxarmadı, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməsini gözardına vurdu. Həmçinin təcavüzkar Ermənistana hər cür maddi-mənəvi dəstək göstərdi.

Qərb çox yaxşı bilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimiz qeyri-qanuni istismar edilir və digər ölkələrə daşınır. Həmçinin həmin ərazilərdə ekoloji vəziyyət son dərəcə ağırdır. Bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir. Monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin həmin əraziyə girişinə maneçilik törədilməsi tamamilə qanundan kənardır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar bu səbəbdən Şuşa-Laçın yolunda heç bir siyasi məqsəd daşımayan humanitar əsaslarla etiraz aksiyası keçirirlər. Aksiya ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir. Belə ki, Rusiya sülhməramlılarının humanitar yükləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, həmçinin Qarabağda yaşayan ermənilər, o cümlədən uşaqlar və xəstələr ərazidən sərbəst keçə bilirlər. Bir sözlə, Laçın-Xankəndi yolunun bağlanması, təminat avtomobillərinin buraxılmaması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır.

Təbii ki, bunun kökündə xristian təəssübkeşliyi və “erməni sevgisi” dayanır. Məlumdur ki, erməni lobbisi tərəfindən maliyyələşən Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana qarşı lobbi fəaliyyəti ilə məşğuldur. Məhz buna görə də bir sıra yalan faktlar uyduraraq ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu yaxınlarda Avropa Parlamentinin rəhbərlərinin rüşvət və korrupsiya faktı ilə tutulması da onu deməyə əsas verir ki, bu şəxslərin “erməni sevgiləri” qarşılıqsız deyil. Bu gün Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının həlak olmasına görə Ermənistanı ittiham etməli, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmamasına kəskin münasibət bildirməli, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmamasına göz yummamalıdır. Həqiqətən də, məsələlərə bu cür qərəzli və qeyri-obyektiv yanaşma tərzi ümumilikdə Avropanı gözdən salan məqamlardandır.

Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır: bu qərəzli, subyektiv mülahizələrə söykənən – reallığı əks etdirməyən qətnamə göstərdi ki, Avropa Parlamentinin bir qrup üzvü “hörmət” qarşılığında formalaşan “ənənə”lərindən əl çəkmək  fikrində deyillər. Ümumiyyətlə, əvvəlki illərin təcrübəsi də təsdiq edir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər Azərbaycanın inkişafını və müstəqil siyasətini həzm edə bilməyən bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun islamofob, həmçinin anti-Azərbaycan mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və olduqca məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir. Yaxşı olardı ki, bu qurum hələ də davam edən ikili standartlardan əl çəksin, regionda Azərbaycanın sülh və əməkdaşlığa əsaslanan hədəflərini düzgün qiymətləndirsin, erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altına düşməsin.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qərbi Azərbaycanda erməni ləpiri belə olmayıb…

Next

Yaşıl enerji qlobal layihələrin yeni fəslidir

Xəbər lenti

  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv