Cəmiyyət 

Ad Günündə Şəhidlik zirvəsinə ucalan Rövşən Pənahov

RƏNA PƏNAHOVA:” RÖVŞƏN ÜÇÜN NƏ  DANIŞSAM  AZDI,SÖZLƏR  YANINDA ACİZ QALIR.

 

Vətən eşqidir -ən böyük sevgi.Ondan uca ,ondan böyük insan üçün mənəvi dəyər yoxdur.Bu sevgi ki,yoluna canını belə qoymağa hər daim hazır olmaqdır.Son nəfəsində belə, qürurla  “Vətən sağ  olsun!”-deməkdir.

Vətəndən pay olmaz.O elə sərvətdir ki heç vaxt bölünməz.Vətən uğrunda öz qanları  ilə tarix yazan oğullarımızı da heç bir zaman unutmamalıyıq.Nə etsək, nə desek bilin ki ,azdır.Biz onlara hər zaman borcluyuq!

Daşıyırsan bu vətənin
Hər daşını, torpağını.
Daşıyırsan qələbənin
Şuşa adlı bayrağını.

Şəhidləri tanıtmaq hər bir Vətən aşiqinin borcudur.Şəhid adının qarşısında sözlər yetərsizdir.Amma şəhidlərimizi,onların qəhrəmanlıqlarını danışmaq bizə  şərəfdir.

“Aran Medya Group “un və “şəhid qazi ailələrinə təmənnasız dərs keçən müəllim heyəti “nin rəhbərliyi ilə 21 yanvar 2023-cü il tarixində şəhid Rövşən Pənahovun ailəsi ilə görüş təşkil edildi.Görüşdə ilk olaraq, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə şəhidin ailə üzvləri –anası Rəna Pənahova ,yoldaşı Arzu Pənahova ,bacısı Günay Ələsgərova ,şəhid qazi ,ailələrinətəmənnasız dərs keçən müəllim heyətinin  layihə rəhbəri Gülran Mirzəyeva və müəllim heyəti iştirak etmişdir.Tədbirin birinci hissəsində məktəblilər şeirlərini səsləndirdilər.Şagirdlərin şeirləri kövrək hallara səbəb oldu.Tədbirin ikinci hissəsində şəhidin ailə üzvləri şəhidin həyat və döyüş yolundan danışdılar.Şəhidinin təhsil aldığı məktəbin müəllimi Məzahir müəllim də şəhid ilə son görüşündən söhbət açdı.Sonda şəhidin qızın kiçik qızının səsləndirdiyi şeir görüş iştirakçılarını  olduqca kədərləndirdi.

 

Rövşən Pənahov 1989-cu il oktyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açmışdır.

1995-2006-cı illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil almışdır.

Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Rövşən Pənahov xidmət illəri ərzində “Qüsursuz xidmətə görə”“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalları ilə təltif edilmışdir.

2016-cı ilin aprel ayının 1-də başlayan və 5-də bitən Dördgünlük müharibədə iştirak edib. Aprel döyüşlərindəki xidmətinə görə “kapitan” hərbi rütbəsi almışdır.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rövşən Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Rövşən Pənahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olmuşdur. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildimişdir.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

  Allah rəhmət etsin!

 Layihə aran Medya Group un direktoru

Şeyda Əzizova

Moderator

Nərmin Quliyeva

Daha çox xəbərlər