Cəmiyyət 

İran Beynəlxalq terrorizmin maliyyə mənbəyidir

Müsəlman ölkəsi olsa da, dini bir qardaşlarına münasibətdə müqəddəs dəyərlərdən kənar əməlləri ilə türk dövlətləri arasında nifaq salmağa çalışan, daha çox xristianlara meyil edən İranın son dövrlərdə deşilən çibanından axan irinlər fars rejiminin, üsul-idarəsinin siyasətinin nədən və haradan qaynaqlandığını göstərdi. Bütün müsəlmanlar üçün müqəddəs olan Tanrı tərəfindən göndərilən vəyhlərdə deyilən, Peyğəmbərimizin adı ilə bağlı olan Qurani-Kərimdə «bütün müsəlmanlar qardaşdır» sözlərini İranda bilməyən tapılmaz.

Bu və buna bənzər ifadələr, müqəddəslərimizin İslam dininin qorunması naminə şəhidlik zirvəsinə qalxması, eyni əqidəyə, dəyərlərə inamın əsrlərdən bəri qorunub saxlanılması Tanrının müsəlmanlara tövsiyəsi, vacib sayılan əməlləridir. Dünyada islamofobiyanın «çiçəkləndiyi», dindən şovinist məqsədlər, terrorlar üçün istifadə hallarının artdığı bir zamanda fars rejimində erməni sevgisinin zirvəyə qalxması bu dövlətin islami dəyərlərə hörmətinə, sadiqliyinə şübhə yaradır. Ermənistan ilə İran rəsmiləri arasında intensivləşən görüşmələr, qucaqlaşmalar öz yerində, pıçıltılı razılaşmalar artıq açıq-aşkar anti-Azərbaycan ruhuna köklənib. «Tülkü həccə gedir məsəlinə uyğun» Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın İran məscidində çadra örtməsi onların illərdən bəri istifadə etdikləri məkrlərinin növbəti gedişidir. Məntiqi nəticə isə budur ki, İranın bölgədə ən yaxın dostu qeyri-islami dövlətlərdir. Heç vaxt başqalarının daxili işlərinə müdaxilə etməyən, bütün dinlərə, dillərə hörmətlə yanaşan tolerant Azərbaycan bölgə üçün təhlükəli olan Ermənistan –İran münasibətlərinə qarışmayıb. Çünki multikultural dəyərlər ölkəmizin dövlət siyasətidir və xalqımız əqidəsinə sadiqdir. Amma müstəqil Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq məqamı gələndə dövlətimizin milli maraqları, xalqın mənafeyi hər ucadan ucada dayanır. Artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» başlandığı gündən «səfini» Ermənistana yardımları ilə bildirən molla rejimi terrorçu hayları silahlandırmaqla qətlə yetirilən azərbaycanlı hərbçilərin, mülki şəxslərin, uşaqların ölümünə fərman yazırdı. Sözdə guya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də lazımi məqamlarda Ermənistana hər cür dəstək göstərirdi. Öz əməllərinə, işğalçılıq siyasətlərinə görə blokadada qalan Ermənistanı yanacaqla , ərzaqla, tikinti materialları ilə təmin edirdi. Suriya- İran- Ermənistan birliyi nəticəsində formalaşan silahlı dəstələrin Azərbaycanda törətdiyi terrorlar nəticəsində minlərlə soydaşımız amansızcasına qətlə yetirilib. 44 gün davam edən Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdəki acınacaqlı mənzərənin yaranmasında, təbii sərvətlərimizin vəhşicəsinə talan edilməsində də qriqorian kilsələrində müsəlmanlara qarşı soyqırımların hazırlandığı Ermənistanla İranın qardaşlığı əsas faktor kimi təsdiqlənir. İşğal altında qalan Azərbaycan torpaqlarını dədə malı kimi soyub-soymalayan fars rejiminin istibdadları dildə qardaş adlandırdıqları müsəlmanların evlərini dağıdıb, ocaqlarını söndürmüşlər. Ermənilərin dağıtdıqları dini abidələr, məscidlər isə nədənsə molla rejiminin «gözündən yayınıb.»

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlardan, ölkəmizin dəstəklənən diplomatik uğurlarından təşvişə düşən fars rejimi mənfur niyyətini artıq gizlətmir. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda yer alan Zəngəzur dəhlizinin bərpası ilə bağlı Azərbaycanın göstərdiyi qətiyyətdən narahat olan, ilanın ala çatıdan qorxduğu kimi hürkən fars rejiminin bu günlərdə Azərbaycanın bu ölkədəki diplomatik korpusunda törətdiyi hadisə İran İslam Respublikasının beynəlxalq səviyyədə terrorizmi dəstəkləyən dövlət olduğunun təsdiqidir. ABŞ Dövlət Departamenti tərəfindən 2019-ci ildə tərtib edilən «Terrorla bağlı Ölkələr Hesabatı”»nda (Country Reports on Terrorism) İranla bağlı açıqlanan faktlar da təsdiqləyir ki, ən qorxunc terrorlarda fars rejiminin dəst-xətti var. Hesabatlarda qeyd edildiyi kimi, 1979-cu ildə hakimiyyətə gələn islamçılar dünyanın 5 qitəsində, 20-dən çox ölkəsində sui-qəsdlər, terror aktları törədiblər. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyanı da əhatə edib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem kimi təsnif edilib. İranın maddi-texniki dəstəyindən faydalanan «Hizbullah»” qruplaşmasının üzvləri digər terror dəstələri ilə birləşərək «Şiə”liyi müdafiə» adı altında xüsusi qruplar hazırlayaraq Suriya, İraq, Əfqanıstan və Pakistanda qırğınlar törədirlər. SEPAH (İran İnqilab keşikçiləri Ordusu) isə onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktları İranın bütün mərkəzi dövlət qurumları tərəfindən əlaqəli şəkildə hazırlanır.

Rəsmi təqdimata əsasən, İranın İnformasiya Nazirliyi adlandırılan ETTELAAT Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi missiyasını icra edir. İranda ETTELAAT adında çap olunan qəzetin əməkdaşları «jurnalist”» adı altında müxtəlif ölkələrə ezam olunur, təxribatlarda iştirak edirlər. Xarici ölkələrdə törədilən terror aktlarının əksəriyyətinin müəllifi olan SEPAH digər terror təşkilatlarının da fəaliyyətlərini istiqamətləndirir, təşkil edir və həyata keçirir. İnqilab Keşikçiləri Ordusunun xüsusi təyinatlı «Qüds Qüvvələri»” dünyada terror aktları təşkil edən Livanda Hizbullah, Fələstində İslami Cihad, Bəhreyndə əl-Əştər Briqadaları, İraqda Kataib Hizbullah kimi terrorçu təşkilatların fəaliyyətindən yararlanır. Fars rejiminə xidmət edən, təxribatları «modern texnologiyalar» əsasında həyata keçirən” İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir. Ən dəhşətli fakt budur ki, molla rejiminin planlaşdırdığı terrorlarda azyaşlı uşaqlardan, qaçqınlardan «canlı bomba», «sipər» kimi istifadə olunur. Bu kimi faktların sayını artırmaq da olar. Faşistə abidə ucaldan Ermənistan kimi İranın da dövlət səviyyəsində terroru dəstəkləməsi sübut olunmuşdur.

Vətən müharibəsindən sonra belə müsəlmana yaraşmayan əməlləri ilə diqqət çəkən, Azərbaycana hədələr yağdırmaqla, Qarabağa təxribatçı dəstələr göndərən , despotizmin hökm sürdüyü, İslami, demokratik dəyərlərin tapdalandığı molla istibdadı ölkəmizə qarşı düşmən mövqeyini Azərbaycanın bu ölkədəki səfirliyində törətdiyi terroru ilə möhürlədi. Azərbaycanın Tehrandakı diplomatik korpusuna edilən hücum nəticəsində şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, səfirliyimizin iki əməkdaşının yaralanması məsləkdaşı Ermənistan kimi fars rejiminin də terroru dövlət səviyyəsində dəstəklədiyinin ifadəsidir. Təbrizdə başlanan aksiyaların davam etməsi fars rejiminin 30 milyondan artıq azəri türklərinin birləşmək niyyətlərinin qarşısını ala biləcək qüdrətdə olmadığını göstərir.

Ermənistana havadarlıq edən İrana bəzi məqamları xatırlatmaqla əsl qonşunun, din, əqidə qardaşlığının necə olduğunu bildirək. Bir neçə il öncə İrana tətbiq etdiyi siyasi, iqtisadi blokadanı gücləndirən ABŞ-ın təhdidlərindən qorxan İrana dəstək göstərən Prezident İlham Əliyev rəsmi olaraq bildirirdi ki, Azərbaycan öz ərazisindən qonşu ölkələrə hər hansı müdaxiləyə yol verməyəcək. Amma bu gün fars üsul-idarəsi Qafanda konsulluq açmaqla guya işğalçı dövlətə yardımlarını beynəlxalq səviyyədə rəsmiləşdirmək istəyən İran dərk etməlidir ki, artıq, « dünya mənim» kimi sərsəm ideyaların vaxtı ötüb. Bu gün haqqı, ədaləti, həmrəyliyi dəstəkləyənlərin birləşdiyi dünyada şovinistlərə, terroru dəstəkləyənlərə yer yoxdur. O cümlədən də İran kimi Ermənistana da bütün qapılar bağlıdır.

Bölgədə yaranan yeni reallıqlara da erməni-fars mövqeyi, birliyi baxımından yanaşan hər iki dövlətin Zəngəzur qarınağrısının səbəbləri bəllidir. Din adı altında gizlənərək ölkəmizdə törədilən təxribatların İranın təlimatlandırdığı dəstələr tərəfindən həyata keçirildiyi də gizli deyil. Ötən illərdə Azərbaycanda siyasi sabitliyin pozulması üçün fars rejiminin Nardaranda təşkil etdikləri təxribatları heç kim unutmur. İki qardaşı ayıran Araz çayı vasitəsilə narkotik maddələrin keçirilməsinə şərait yaradan İran gömrükçülərinin məqsədi azərbaycanlı gənclərin ruhunu korlamaq, gələcəyini məhv etməkdir. Amma, ağayilər, artıq bütün bunlara son qoyulmasının vaxtıdır! Necə deyərlər, dişə-diş, gözə-göz. Dünyada siyasi, iqtisadi, hərbi, diplomatik mövqeyi möhkəmlənən Azərbaycana təsir göstərmək, təhdid dili ilə danışmaq zamanı arxada qalıb. İndi dünyada güc, söz sahibi olan qüdrətli dövlətlər belə beynəlxalq terrorizmə qarşı mübarizədə adı ön sıralarında çəkilən ölkəmizlə bütün sahələr üzrə danışıqlarda ölkəmizlə razılaşırlar, təşəbbüslərimizi dəstəkləyirlər. İran- Ermənistan riyakarlığı bu gücün qarşısında dəryada damla misalıdır. Onlar istəsələr də, istəməsələr də Zəngəzur dəhlizi də açılacaq, o taylı- bu taylı azərbaycanlı qardaşlar da birləşəcəklər.

Daha çox xəbərlər