Region Xəbərləri Təhsil 

Bərdə məktəbində “İdman həftəsi” çərçivəsində yeniyetmə və gənc idmançılarla görüş +Fotolar

Martın 2-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində Bərdə rayon Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbinin I sinfində tədbir təşkil edilib. Tədbirdə Bərdə Rayon Gənclər və İdman idarəsi üzrə məşqçi müəllim Məmmədov Rauf və tanınmış idmançılar iştirak ediblər. Tədbir çərçivəsində “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq şagirdlərin iştirakı ilə səhər gimnastikası edib, qol güləşi və uzaq məsəfayə qaçış idman növü üzrə yarışlar keçirilib, qaliblərə mükafatlar təqdim edilib. Bərdə rayonu üzrə tanınmış gənc idmançıların sinif rəhbəri Samir Abbaslının təşəbbüsü ilə ilə şagirdlərlə görüşü keçirildi. Məşqçi müəllim, MMA döyüş növü üzrə, 4-dan qara kəmər sahibi, Dünya kubokunun sahibi, Avropa çempionu Məmmədov Rauf, gənc idmançılar – MMA döyüş növü üzrə, Respublika çempionu Əlizadə Bəxtiyar (2009), Dünya və Avropa kubokunun sahibi, 3 qat respublika çempionu Məmmədli Raul (2010), Avropa kubokunun sahibi, Respublika çempionu İsmayıllı Qurban (2010) İdmançıların şagirdlərə idman növləri haqqında geniş məlumatlar verib, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılıb və şagirdlərin sualları cavablandırılıb. Dərsdə şagirdlər idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin, məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı barədə məlumatlandırılıblar. Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

ARANTV.AZ

Nilufər Əliyeva

Daha çox xəbərlər