Cəmiyyət 

“Bu gün Azərbaycanda çox güclü balanslaşdırılmış gender siyasəti həyata keçirilir”

“Dünyada Azərbaycan qədər qadınların hüquqlarının müdafiəsini təmin edən güclü qanunvericilik bazasına malik çox az ölkə var”.

ARANTV.AZ  xəbər verir ki, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüquqlarının verildiyi ilk ölkə olduğu unudulmamalıdır:

“Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir. Cəmiyyət qadınların hüquqlarına diqqət yetirməlidir, çünki cəmiyyət inkişaf edə bilməz. Bu gün Azərbaycanda çox güclü balanslaşdırılmış gender siyasəti həyata keçirilir”.big.az

Daha çox xəbərlər