Cəmiyyət 

“Gender bərabərliyi və media” mövzusunda konfrans təşkil olunub – FOTOLAR

Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” lahiyəsi çərçivəsində Avropa Şurası tərəfindən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə 13 may 2019-cu il tarixində “Gender bərabərliyi və media” mövzusunda konfrans təşkil olunub.

ARANTV.AZ xəbər verir ki, Konfrans Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunub. Konfransda 80-dən çox dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusların, media və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də yerli və xarici ekspertlər iştirak edir.

"Gender bərabərliyi və media" mövzusunda konfrans təşkil olunub - FOTOLAR
"Gender bərabərliyi və media" mövzusunda konfrans təşkil olunub - FOTOLAR
"Gender bərabərliyi və media" mövzusunda konfrans təşkil olunub - FOTOLAR

big.az

Daha çox xəbərlər