Namazı ac qarına qılmaq daha yaxşıdır, yoxsa tox halda?
Namazı ac qarına qılmaq daha yaxşıdır, yoxsa tox halda?
Hər şeydən əvvəl bunu qeyd edək ki, namazları vaxtın əvvəlində qılmaq ciddi şəkildə təkid edilən dini əmrdir. Ac və ya tox halda namaz qılmağa gəlincə, insan bu ikisindən hansı birini istəsə seçə bilər. Amma bunu da nəzərə almaq lazımdır ki, bəzi hədislərdə ibadəti acqarına etməyin üstünlüyünə işarələr vardır. Belə ki, insan yeyib doyduqdan sonra bədəni ağırlaşır, onda tənbəllik yaranır. Bu tənbəllik və ağırlıq hissi bütün əməllərdə, o cümlədən, ibadətdə də özünü göstərir. Dinimizin buyurduğu şəkildə, tam doymadan yemək tənbəlliyə səbəb olmaz. Əgər bu şərtə əməl edilərsə, tox halda ibadət etmək də insana çətinlik yaratmaz. Buna görə müqəddəslərimiz acımadan yeməməyi, süfrədən tam doymamış çəkilməyi tövsiyə etmişlər.
