Bərdədə sinif otağına şəhid Xudayar Yusifzadənin adı verilib+Video
Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbdə, məktəbin məzunu Vətən müharibəsinin dastana dönən şəhidi, “Azərbaycan bayrağı” ordenli Yusifzadə Xudayar Müslüm oğlunun adına sinifin açılışı olmuşdur. Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin, həmçinin Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilməklə və daha sonra dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Tədbir iştirakçılarından Qarabağ regional Təhsil İdarəsinin Bərdə sektorunun metodisti Elxan Əliyev, məktəbin direktoru Səbinə Yusifova, direktor müavin Liza Cabbarova çıxış edərək şəhid Xudayarın məktəb illərindən söz etmişlər. Sonra çıxış edən natiqlər 44 günlük vətən müharibəsindən qazanılan tarixi qələbədən, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətindən, ordumunuz peşəkarlığından, müharibədə vətən oğullarının döyüş meydanında göstərdiyi şücayətdərdən söz etmişlər. Tədbir əsnasında məktəbin məzunu, şəhid Yusifzadə Xudayarın şagird olduğu illərdə çəkdirdiyi şəkillərdən ibarət video nümayiş etdirilmişdir. Daha sonra 4b sinif şagirdləri “Xudayar təsnifi”ni ifa etmiş, vətənpərvərlik, qələbə şeirləri səsləndirmiş, eyni zamanda hazırladıqları müxtəlif kompozisiyaları təqdim etmişlər. Sonda bir daha çıxış edən şəhidin anası – Radə Qurbanova və digər şəhid anaları ölkə Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan öz məmnunluqlarını ifadə etmişlər…
ARANTV.AZ