Cəmiyyət 

Səfirliklər Azərbaycan vətəndaşlarının Şengen vizası almaq üçün ödədiyi pulu mənimsəyir – Fazil Mustafa

Bir sıra səfirliklər Azərbaycan vətəndaşlarının Şengen vizası almaq üçün ödədiyi pulu mənimsəyirlər.

ARANTV.AZ-ın məlumatına görə, bunu bu gün millət vəkili Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün səfirliklərə müraciət edirlər:

“Ancaq miqrasiya məsələləri ilə bağlı Avropa ölkələri vizanı müraciət edən kimi vermirlər. Vətəndaşın ödədiyi pulu səfirliklər mənimsəyir. Bütün sahədə çalışmalıyıq ki, boşluqları dolduraq”.Sonxeber.az

Daha çox xəbərlər