Cəmiyyət 

Çingiz Qənizadədən növbəti TƏKLİF

Deputat Çingiz Qənizadə bir sıra dövlət rüsumlarına yenidən baxılması məsələsini təklif edib.

ARANTV.AZ-ın məlumatına görə, parlamentdə çıxış edən deputat Çingiz Qənizadə qeyd edib ki, dövlət rüsumlarının məbləğinin çox olması narazılıqlar yaradır: ” Məsələn, icarə müqaviləsi ilə bağlı rüsum 92 manatdır. Elə olur ki, müqaviləni bir neçə dəfə dəyişməli olursan. Üstəgəl, bu müqavilədən əlavə 14 faizlik vergi də ödənir. Həmçinin, icarə müqaviləsi pozulduqda da əlavə 23 manat rüsum ödəyirsən. Bu yaxınlarda bildirildi ki, Azərbaycanda 130 mindən çox sahibkarlıq subyekti ilə məşğul olan şirkətlər var. İndi hər hansı idarə və ya şirkət öz adını yazmalıdır. “Reklam haqqında” qanunvericiliyə əsasən, ad 1 kvadrat metri keçməməlidir. Əgər keçsə, buna görə də rüsum ödəməlidir. Nəzərə alaq ki, bir yerin adı 1 kvadrat metri keçir. Ölkəmizə xarici turistlər gəlir. Məcbur olur ki, sahikbar ingilis dilində söz yazsın. Bu isə artıq rüsum deməkdir. Bu məsələyə baxılmalıdır və həlli tapılmalıdır”.Sonxeber.az

Daha çox xəbərlər