“Özümüzdən olan baltalara 5 manat verib, bizə qarşı istifadə edirlər” – Siyavuş Novruzov
“Millət vəkilləri elə məsələlər var ki, burada deyilməlidir. Facebook səhifələrində deyil “.
ARANTV.AZ-ın məlumatına görə, bunu plenar iclasda Yeni Azərbaycan Partiysaının icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
S. Novruzov deyib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağıl Brüselldə aparılan danışıqlarda Azərbaycana təzyiqlər olur: “Biz belə məsələləri ortaya qoymalıyıq. İdman oyununu da siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkəti Azərbaycanda 10 illərdir ki, işləyir. Azərbaycanda neft çıxaranda təhlükəli deyildi. Arsenal komandası gələndə təhlükəli olur! Biz bu məsələləri deməliyik. Niyə Azərbaycan dünyanın ən təhlüəsiz ölkəsi olduğu halda belə ədalətsiz fikirlər səsləndirilir? Deyirlər ki, Azərbaycanın hava məkanında yük daşınmasında problemlər var. Azərbayca üzərindən NATO-nün yükləri Əfqanıstana daşınanda problem yox idi. Ancaq iki İnglis komandası Bakıya gələndə təyyarə reyslərinin gediş-gəlişi vaxtında olmur, havada problem yaranır. Yaxud erməni lobbisi bəzilərini küçələrə çıxarır. Özümüzdən olan baltalara 5 manat verib, bizə qarşı istifadə edirlər”.
YAP icra katibinin müavini bildirib ki, Azərbaycana qarış qüvvələr eyni vaxtda hərəkətə gəlirlər: “Belələrinin knopkaları bir yerdən sıxılır. Bütün Azərbaycan cəmiyyəti Prezidentin siyasətini dəstəkləyir. Biz sinəmizi qabağa verib, elə dövlətlərə, siyasətçiləri, idman təşkilatlarına cavab verməliyik. Bu oyunlar artıq qurtarıb, 20-ci əsrdə yaşayırıq. Belə məsələləri pərdələmək olmaz. Azərbaycanda xalqla iqtidar birliyi var””.Sonxeber.az

