Cəmiyyət 

AQTA Dövlət Turizm Agentliyi ilə birgə qida təhlükəsizliyi nəzarət tədbirləri çərçivəsində tədbirlər planı həyata keçirir”

“Qida Təhlükəsizliyi Agentliyi Dövlət Turizm Agentliyi ilə birgə yay mövsümü ilə bağlı istirahət zonalarında qida təhlükəsizliyi nəzarət tədbirləri çərçivəsində tədbirlər planı həyata keçirir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, istehlakçıların sağlam qida ilə təmin olunması üçün Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonaları nəzarətə götürülüb.

AQTA sədri həmçinin Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan standartların beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanın bitkiçilik məhsullarının ixracı Avropa bazarlarına geniş vüsət alıb. “Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa Ittifaqı ölkələrinə asanlıqla ixrac olunur.

Dövlət Turizm Agentliyi ilə birlikdə istirahət zonalarında tədbirlər planı həyata keçirilir. qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi Institutunun ekspertləri tərəfindən nəzarətə götürüləcək ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər.

METBUAT.AZ

Daha çox xəbərlər