“Abşeron yarımadasında xəstəlikdən azad zonanın olması vacib məsələdir”: Qoşqar Təhməzli
“Abşeron yarımadasında xəstəlikdən azad zonanın olması vacib məsələdir”.
ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, yarmadanın azad zonaya çevrilməsinə hazırlaşılır.
“Bu sadəcə pilot layidədir. Sonrakı mərhələlərdə bu, Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bizim iki gün öncə sərgidə təqdim etdiyimiz qida təhlükəsizlik göstəriciləri olan səhra labarotoriyaları da konseptin bir hissəsidir. Xəstəlikdən azad zona həmin zonanın heyvan mənşəli zonos xəstəliklərdən azad olunması deməkdir”.
AQTA sədri bildirib ki, Abşeron yarımadası təsadüfi seçilməyib:
“Bu layihənin üzərində beynəlxalq ekspertlər bizim yerli mütəxəssislərlə birlikdə rəylərini veriblər. Bu rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki bura daha az köçəri heyvanlar gəldiyi üçün xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar olaraq da burda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək. Ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi keçirdiyi həyat tərzi ərzində keçirdiyi bütün xəstəliklərin qeydiyyatı həyata keçiriləcək. Bu da imkan verəcək ki, bilavasitə ət, süd məhsullarda təhlükəsizlik təmin olunsun”.
METBUAT.AZ

