Cəmiyyət Ramazan 

Oruclu adam oruc tutmamış adama yemək versə, günah qazanarmı?

Mübarək Ramazan ayında oruc tutmaq, buna sağlamlığı imkan verən və səfərdə olmayan hər kəsə vacibdir. Kim üzürsüz səbəbdən oruc tutmasa, günah qazanır. Amma bu günahda başqası ona şərik ola bilməz. Oruc tutub-tutmamaq hər kəsin öz seçim və imanından asılıdır. Bir adam oruc tutmursa, amma başqasının ona yemək verməsini tələb edirsə, ona yemək vermək günah deyil. Əgər restoram kimi xidməti idarələrdə işləyən ofisiant özü orucludursa, müştəriyə yeməyi gətirə bilər, bunda onun üçün günah yoxdur, hətta bu ofisiantın vəzifəsidir. Yaxud valideyn öz oruclu övladına ona yemək gətirməsini tapşırsa, övlad valideynin sözünə qulaq asmalıdır. Burada məsələ yemək sifariş edən şəxsin insaf və vicdanına bağlıdır. O, oruclu adamın ona qulluq etməsini rəva görməməlidir.

Daha çox xəbərlər