Hindistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 770 nəfəri ötüb
Hindistanda leysan yağışlar nəticəsində yeddi ştatda azı 774 nəfər ölüb.
ARANTV.AZ bildirir ki, bu barədə Report “RİA Novosti”yə istinadən məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, təbii fəlakət daha çox cənubdakı Kerala ştatına ziyan vurub. Bu ştatda 187 nəfər ölüb. Siyahıda sonrakı yerlərdə Uttar-Pradeş (171 ölü), Qərbi Benqal (170 ölü) və Maharaştra (139 ölü) ştatları gəlir.
Məlumata görə, leysan yağışların səbəb olduğu hadisələr nəticəsində yeddi ştatda ümumilikdə təxminən 250 nəfər xəsarət alıb, 30-dan çox adam isə itkin düşmüş hesab edilir.

