Moskva dəlixanasından xəstələr qaçıb
Moskvada Mərkəzi klinik psixiatriya xəstəxanasından 2 pasient qacıb.
ARANTV.AZ oxu.az-a istinadən bildirir ki, mayın 19-da 12 və 15 yaşlı yeniyetmələr Moskvanın Savyolovski rayonunda yerləşən dəlixanadan qaçmağa müvəffəq olublar. Hazırda onlar yeri məlum deyil.
Hüquq-mühafizə orqanları qaçan xəstələr barəsində axtarış elan ediblər.

