Dünya 

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, dövlət başçısı Konyaya bu gün yola düşüb.

Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası – 2019” hərbi təlimləri keçirilir.

Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir.

Daha çox xəbərlər