Zəlzələdə ölənlərin sayı 436-ya çatdı – İndoneziyada
İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 436-ya çatıb.
ARANTV.AZ “qafqazinfo”-ya istinadən xəbər verir ki, 1,3 mindən çox insan yaralıdır. Onlardan yarısının vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, avqustun 5-də Lombok adasında 7 bal gücündə zəlzələ baş verib. Onun ardınca 5,4 və 4,3 bal gücündə afterşoklar qeydə alınıb.

