Qeyri-neft sektoruna investisiya qoyuluşları artıb
2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz azdır.
Azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olub.
Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19,0 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 65,5 faiz artıb.
Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Əsas kapitala yönəldilən vəsaitlərin 13,7 faizi bank kreditlərinin, 24,9 faizi büdcə vəsaitlərinin, 6,3 faizi əhalinin şəxsi vəsaitlərinin payına düşüb.

