Hadisə 

Goranboyda avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Goranboy rayonunun Xan Qərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə Goranboy rayon sakinləri 1999-cu il təvəllüdlü T.Süleymanov və onun həmyaşıdı F.İnqilablı müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər