Vandallar təbiətə də qənim kəsiliblər
Zəhərli nəfəsləri ilə canlıları məhv edən haylar ən dəhşətli viruslardan daha təhlükəlidir
Azərbaycan torpaqlarını işğal altında saxladıqları 30 ilə yaxın müddətdə törətdikləri hərbi cinayətlər, soyqırımlarla kifayətlənməyən Ermənistan vandalları ölkəmizin fauna və florasına da ciddi ziyan vurmuş, çaylarımızı, su hövzələrimizi zəhərli tullantılarla çirkləndirmişlər. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan region üçün təhlükə olan ekoloji terrorlar mənşəyindən növündən asılı olmayaraq, bütün canlılara nifrətinin, təbiətə vəhşi münasibətlərinin nəticəsdir.
Ölkəmizin yeraltı və yerüstü sərvətlərini məqsədli şəkildə, həm də qəddarcasına dağıdan ermənilər Şuşa şəhəri yaxınlığında yerləşən və daşnakların «miutsum» bağırtılarının ilk qurbanlarından olan
Topxana meşəsini yandırmaqla başladıqları ekoloji terrorların əhatə dairəsini illər keçdikcə daha da genişləndirmiş, ekosistemin bütün sahələrində dəhşətli izlər buraxmışlar. Erməni vandallarının işğal altında saxladıqları 260 min 311 hektar sahədə meşələrin kütləvi qırılması nəticəsində ən qiymətli, nadir ağaclar belə məhv edilərək müxtəlif məqsədlər üçün istifadə olunmuş, bəzilərinin kökü kəsilmişdir. Yeraltı, yerüstü sərvətlərimizi talan edən haylar tərəfindən su mənbələri çirkləndirilmiş, qanunsuz istismar etdikləri mədənlərdə istehsal prosesində yaranan çirkab, radiaktiv tullantılar çaylara yönləndirilmişdi. Nəticədə ətraf ərazilərdəki yaşıllıq zonaları sıradan çıxmışdır. İmzaladığı beynəlxalq konvensiyalara belə məhəl qoymayan erməni vandarllarının təbiətə vurduqları çoxşaxəli, böyükmiqyaslı zərərr daha ağır cinayətdir.

Zəngilan ərazisindən keçən, Transsərhəd çay olan Oxçuçay Ermənistanın işğalı müddətində ciddi şəkildə çirklənməyə məruz qalıb. Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Çayı çirkləndirən Almaniyanın «Cronimet Holding GmbH”» şirkəti insanların həyatını, təbiətin qorunması məsuliyyətini «unudaraq» bölgədəki ekosistemə ciddi ziyan vurub . Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarının təmizlənmədən, birbaşa Oxçuçaya axıdıldığı üçün normadan artıq çirklənən çayın canlıları məhv edilib. Bu çayın həddindən artıq çirkləndirilməsi qonşu ölkələrin ərazisindən axan və Cənubi Qafqazın ikinci böyük çayı olan Arazda da ekoloji təhlükə yaradıb. Çayın sularından əkin üçün istifadə edən əhalinin təsərrüfatlarına ciddi ziyan vurulub, ekoloji baxımdan təmiz və keyfiyyətli məhsulların yetişdirilməsi üçün də ciddi təhlükələr yaranıb. Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayan Araz və Kür çaylarına Ermənistan tərəfindən axıdılan zərərli maddələrin və tullantıların artması nəticəsində ətraf mühitə ciddi ziyan vurulub. Dəfələrlə deyilməsinə, aparılan monitorinqlərin nəticələri barədə beynəlxalq təşkilatlara müraciət edilməsinə baxmayaraq, Ermənistan transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayan
Transsərhəd Su Hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmayıb. Halbuki, mülki əhalinin və infrastrukturun məqsədli şəkildə hədəfə alınması beynəlxalq səviyyədə insanların humanitar hüquqlarının, sağlamlıqlarının kobud şəkildə pozulması olmaqla, eyni zamanda müharibə cinayəti hesab olunur. Terrorçu , cinayətkar dövlət olan Ermənistan qadağan olunmuş silahlardan istifadə etməklə qeyri-insani əməllərini hələ də davam etdirir və ziyan vurduğu ekoterrorun miqyasını genişləndirir.
Bu kimi qeyri-insani davranışlarına beynəlxalq səviyyədə qiymət verilməməsindən, pislənilməməsindən daha da quduzlaşan erməni vandalları təbiətə, ətraf mühitə və ekologiyaya qarşı vandalizm siyasətlərini davam etdirirlər. Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almadan, törətdikləri ekoloji terrorlardan belə hərbi məqsədlər üçün istifadə edən Ermənistanın atdığı raketlər nəticəsində hektarlarla yaşıllıq zonası, meşələr yandırılmışdır. Şuşa şəhəri yaxınlığındakı meşələrdə qorunan qiymətli ağaclar təbiətə düşmən ermənilərin fosfor silahlarından istifadə zamanı tələf olmuş, min illərdən bəri formalaşan torpağın üst təbəqəsi tamamilə yanmışdır. Beynəlxalq ekspertlərin bildirdiklərinə görə, ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və fəsadlar uzun müddət davam edir.
Azərbaycana məxsus qiymətli sərvətlərimiz olan qızıl, mis yataqlarında qeyri-qanuni qazıntılar aparan Ermənistan bu zaman ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələri belə sıradan çıxarmış, biomüxtəlifliyə vəhşicəsinə ziyan vurmuşdur. Belə dəhşətli mənzərəni görən beynəlxalq ictimaiyyət ermənilərin vandallıqlarına laqeyd qalmamalıdır.
Planetimiz, insan həyatı, bütün canlılar, ekosistem üçün ciddi təhlükə olan iqlim dəyişikliyinə qarşı birgə mübarizənin gücləndiyi, ekspertlər tərəfindən səsləndirilən «SOS» siqnallarının artdığı müasir dövrümüzdə Ermənistanın dağ-mədən sənayesi ilə bağlı terrorları gücləndirməsi ciddi narahatlıq doğurur. Vəhşi tayfalara məxsus davranışları ilə təbiətə, qonşu ölkələrin tarixinə, mədəniyyətinə, ətraf mühitinə, flora və faunasına qarşı amansız terror sərgiləyən Ermənistan vandallarının qlobal ekoloji fəlakətə səbəb olan cinayətkar əməllərinə son qoyulmalıdır. Təbiətin düşməni olan Hayastanın Azərbaycanla sərhəd bölgəsində davam etdirdiyi «mədən əməliyyatları»” ilə bağlı yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir, yüksək zəhərli kimyəvi tullantılar demək olar bütün transsərhəd suları çirkləndirir, torpaq, hava və su strukturlarına dağıdıcı zərbə vurur.
Təhlükəli əməllərini hələ də davam etdirən Ermənistanın 30 illik işğal dövründə Şərqi Zəngəzur və Qarabağda törətdiyi hərbi cinayətlər kimi ekoloji terrorları da faşizmə xas vəhşilikdir. Cəzasızlıqdan ruhlanan həyasız hayların faşist rejiminin Qafan dağ-mədən kompleksində, Axtala mədənində, Qafan manqan zavodunda, Ellər (Qotayq) metallurgiya zavodunda, Amuldağ (Amulsar) qızıl yatağında və digər yerlərdəki əməliyyatları transsərhəd suları çirkləndirir, sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır”. Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə–Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq böyük, guya iri guya, metallurgiya zavodunun inşası sıraya əlavə olunsa işğalçı dövlətin bölgə üçün həqiqi mənada infeksiya mənbəyi, hər an fəsadlar törədəcək «kor bağırsaq» olduğunu təsdiqləmək üçün əlavə sübut lazım deyil. Mütəxəssislərin bildirdiyinə görə, zavodun inşası ilə hava zəhərli tullantılarla çirkləndiriləcək, mal-qaraya, su mənbələrinə, əkin sahələrinə ciddi ziyan dəyəcək. Muxtar respublikanın ərazisi ekoloji fəlakətlə üzləşəcək. İnsanlar arasında onkoloji xəstəliklərin sayı artacaq. Ermənistanın ekoloji terror törədən ölkə olmasının növbəti nümunəsi olan bu zavod Arazda toksinlərin sayını daha da artıracaq.
Ermənistan bu əməlləri ilə BMT-nin «Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyası»nın, «Su və sağlamlıq haqqında” Protokolu»nun, «Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyası»nın, «Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyası»nın tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini kobud şəkildə pozaraq «Burada mənəm Bağdadda kor xəlifə» iddialarından əl çəkmir. Amma hər səbrin bir sonu vardır.
Vəhşi ermənilərin törətdikləri ekoloji terrora qarşı mübarizənin aktuallığını «Ancaq bu fəlakəti törədən «Cronimet»” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan «Cronimet”» şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq» sözləri ilə bildirən Prezident İlham Əliyevin bu istiqamətdə davam etdirdiyi siyasətin məntiqi nəticəsi yenidən canlanan, bərpa olunan ərazilərimiz, yaşıllıqlarımız, su hövzələrimizdir. Ermənistana sözümüz isə budur ki, bildirçinin bəyliyi darı sovulana qədərdir!
…Ermənilərə bir tövsiyəmiz var. Təkcə müharibədən, onun yüz minlərin həyatına vurduğu ağır zərbələrdən, yalnız bir xalqın deyil, insanlığın həyat qaynağı olan təbiətə bağlılıqdan bəhs edən, Gürgüstanın istehsalı olan «Əsgər atası» filmindən nümünə götürsünlər. Böyük Vətən müharibəsində döyüşən oğlunun yaralanması xəbərini eşidən yaşlı ata – Georgi Maxaraşvili cəbhəyə yollanır, döyüşlərdə iştirak edir. Hərbi əməliyyatların ən qorxulu anında, güllələrin yağış kimi yağdığı anda üzüm tənəyinin əzildiyini görən yaşlı ata tankdan düşür, ağlayır. Budağı həyata qaytarmaq üçün sığallayır, sanki onunla danışır. Kiçik bir epizod olsa da, insanlığın ən ülvi duyğu olduğunu göstərən kadrlar mənzərənin mənasını başa düşənlər üçün həyat dərsidir. Çox təəssüf ki, qanları genosid hissi ilə murdarlanan ermənilər üçün bu cür həyat dərsləri yaddır.

