Hadisə 

Qaxda itkin düşən şəxsin kimliyi məlum olub – YENİLƏNİB

Qaxda yüksək və çətin relyefli dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, itkin düşən şəxs 1993-cü il təvəllüdlü Qax rayonu İlisu kənd sakini Rəhman Sədrəddin oğlu Kamallıdır. Əldə edilən məlumata əsasən, Rəhman Kamallı iyulun 23-də rayonun Sarıbaş kənd sakini Ramazan adlı çoban tərəfindən Sarıbaş kəndi yaxınlığındakı “Alagöz” yaylağına fermada işləmək üçün aparılıb.

Rəhman Kamallının elə “Alagöz” yaylağı yaxınlığında itkin düşdüyü ehtimal edilir.

15:12

Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə bir nəfər itkin düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Daha çox xəbərlər