Xırdalanda gənc oğlanın intihar cəhdinin qarşısı alındı – YENİLƏNİB + VİDEO
Xırdalanda intihar cəhdinin qarşısı alınıb.
ARANTV.AZ-ın məlumatına görə, Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidinə çıxaraq özünü atmaq istəyən gənc oğlan fikrindən daşındırılaraq körpüdən düşürülüb.
10:28
Xırdalanda intihara cəhd olub.
Lent.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidində qeydə alınıb.
Gənc oğlan keçidin üstünə çıxaraq özünü atmaq istəyir.

