Sumqayıtda kütləvi zəhərlənmə baş verib

Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir və sexin birəyə qarşı dərmanlanmasından sonra zəhərləniblər.