Uzaqgörən xarici siyasət və Azərbaycan diplomatiyasının növbəti uğuru
Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən tam, dərhal və qeyri-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına 30 ilə yaxın dövrdə açıq-aşkar məhəl qoymayaraq, öz qara yaxma kompaniyaları ilə beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardıqları çirkli işləri bir daha boşa çıxdı. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağda yaşayan erməni əhalisinin sanki aclıqdan ölmələri ilə bağlı məsələnin müzakirə olunması erməni şousunun növbəti mərhələsi idi. Əlbəttə, cəhdlər davam etdirilsə də bu məsələni heç kim ciddi qəbul etmədi. Eyni zamanda da bu hadisə BMT-nin son zamanlar azalan nüfuzuna kəskin zərbədir. Dünyanın yüzlərlə real problemlərlə, həqiqi aclıq faktları ilə, müharibələrlə üzləşdiyi bir vaxtda olmayan bir məsələni müzakirəyə çıxaran BMT-nin Təhlükəsizlik Şurası ədalətin, hüququn deyil, hansısa ayrı-ayrı maraqların masasına çevrildiyini bir daha sübut etdi. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi.
Beləki, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu. Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi. Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneə törədir. Bunun yalnız bir izahı var. Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmaqdır. Halbu ki, Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir. Ermənistanın BQXK-dan siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”.
Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Beləki Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycan hökuməti tərəfindən zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır ki, bölgədə davamlı sülh üçün yaranan tarixi fürsəti qaçırılmamalıdır.
Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının “R.Əliyev küçəsi 19” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

