Cəmiyyət 

Küçələrə şpris atanları 12500 manat cərimə və ya 7 ilədək həbs gözləyir

Dövlət Dumasının (DQ) Liberal Demokrat Partiyasından olan vitse-spikeri Boris Çernışov ictimai yerlərə atılan şprislərə görə cinayət cəzası təklif edib.

ARANTV.AZ xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə bildirib.

O izah edib ki, payız sessiyasında müvafiq qanun layihəsini baxılmaq üçün təqdim etməyi planlaşdırır.

Çernışov qeyd edib ki, şprisləri ictimai yerlərdə atıb getmək Rusiya Cinayət Məcəlləsinin 236-cı maddəsinə (“Ehtiyatsızlıqdan insanların kütləvi xəstələnməsinə və ya zəhərlənməsinə səbəb olan və ya belə nəticələr təhlükəsi yaradan sanitar-epidemioloji qaydaların pozulması”) nəzərdə tutulur.

Millət vəkili vurğulayıb ki, bunun üçün cəzaya başqa şeylərlə yanaşı, beş yüz mindən yeddi yüz min rubladək miqdarda cərimə, ağır nəticələrə səbəb olduqda və iki və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

O xatırladıb ki, avqust ayında Moskvada və Rusiyanın digər şəhərlərində atılan şprislər nəticəsində insanların xəsarət alması ilə bağlı bir sıra hadisələr baş verib.

Avqustun 21-də Rusiyanın paytaxtında avtomobildə on yaşlı qızın içərisəndə naməlum maddə olan şprisi özünə sancdığı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xəsarət alan tələbə xəstəxanaya çatdırılıb. Mütəxəssislər daha sonra şprisin tərkibində mefedron olduğunu müəyyən ediblər.

Daha çox xəbərlər