Meksikada dəhşətli qəza – 20 ölü, 18 yaralı
Meksikanın cənub-şərqində Verakrus ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə TASS məlumat yayıb.
ARANTV.AZ oxu.az-a istinadən bildirir ki, iİlkin versiyaya görə, dağ yolu döngələrindən birində yük maşınının əyləci tutmayıb və o, avtobusa çırpılıb. Toqquşma nəticəsində hər iki maşın yanıb. Avtobusda Çyapas ştatından zəvvarlar olub.

