24 apreldən sonra 2 sentyabr?..
Hayların yalançı matəm günləri
Hər il hayların yalançı 24 aprel matəm gününə daha biri-sentyabrın 2-si də əlavə olundu. Yenə vay-şivən başlayacaq, “şeypurçular” yenə dünyaya car çəkəcəklər ki, tökülün, köməyə gəlin, Qarabağın statusu gorbagor olandan sonra indi də Azərbaycan ərazisində qurmaq istədiyimiz ikinci “dövlət”i dəfn edirlər.
Xatırladaq ki, əvvəl çar Rusiyasının, sonra Sovet hökumətinin, daha sonra isə Rusiya Federasiyasının köməyinə sığınan quduzlaşmış və şirniklənmiş ermənilər 1988-ci ildə haqqı-ədaləti ayaqlar altına ataraq Azərbaycanın ata-baba torpaqlarının bir hissəsinin də qəsdinə durdular. Bu məsələdə SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov ermənilərə “dirijorluq” etdi. Ermənistan SSR Elmlər Akademiyasının prezidenti Viktor Hamparsumyan heç kəsdən çəkinməyərək bütün ermənilərin adından SSRİ Ali Sovetinin iclasında açıq surətdə qan tökəcəklərini bildirdi. Orada Azərbaycanın deputatlarından başqa heç bir deputat, o cümlədən də SSRİ rəhbərlərindən heç biri etiraz səsini qaldırmadı. Məsələ əvvəlcədən də məlum idi. Çünki rəsmi Moskva Ermənistana açıq himayə göstərirdi. 1990-cı ilin 20 Yanvar qırğınını törətməklə Moskva bunu bir daha aşkar nümayiş etdirmişdi. Bundan ruhlanan ermənilər 1991-ci il sentyabrın 2-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Ağcakənd (Şaumyan) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan etdilər, dekabrın 10-da isə saxta “referendum” keçirdilər. Ermənistan SSRİ-nin dağılması perspektivini nəzərə alaraq guya özünün münaqişə tərəfi olmadığını göstərmək və bununla da beynəlxalq rəyi çaşdırmaq üçün fəaliyyətini xüsusi plan üzrə aparmağa çalışdı. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən xaincəsinə hərbi əməliyyatlara başladı. Bununla da münaqişə yeni “qaynar mərhələ”yə-silahlı qarşıdurmaya keçdi.
İyirmi doqquz il 2 sentyabrı xüsusi təntənə ilə qeyd edən daşnak ermənilər 3 ilə yaxındır bu günü “ürək açıqlığı ilə qeyd etməkdən” məhrum olublar. Çünki Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı hərbi əməliyyatlar möhtəşəm Qələbə ilə nəticələndi. İşğal altında qalan rayon mərkəzləri və yüzlərlə yaşayış məntəqəmiz terrorçuların tapdağından xilas edildi. Hazırda işğaldan azad edilən ərazilərimizin separatçılardan təmizlənməsi prosesi gedir. Daha doğrusu, təmizlənmə mərhələsi sona çatmaqdadır. Erməni şərhçi Tevos Arşakyanın iki il öncə dediyi kimi, hayların tarixi təqvimində növbəti qara gün sentyabrın 2-də yarandı: “Hələ keçən il həmin gün ermənilər bir-birini bayram münasibətilə təbrik edirdi, amma bu gün təqvimin həmin qırmızı günü qaraya çevrilib. Xalqımızın yaddaşında belə kədərli tarixlər çoxdur. Lakin məhz 27 sentyabr 2021-ci il tarixdə “dqr”in – “artsax”ın məşum son günü kimi qalacaqdır. Ermənistanın ali vəzifəli şəxslərinin heç biri “arsax”a gəlmədi. Nə prezident Armen Sarkisyan, nə baş nazir Nikol Paşinyan, nə müdafiə naziri Suren Papikyan, nə də XİN başçısı Ararat Mirzoyan. Niyə gəlmədilər? Cavab aydındır – burada söhbət qorxudan gedir. Onlar rəsmi Bakının qəzəbindən qorxurlar. Sentyabrın 2-də Robert Koçaryan və Serjik Sarkisyan da “artsax”a gəlmədi. Halbuki ən azı onlar öz “doğulduqları yerlərini” ziyarət edə bilərdilər. Lakin Koçaryanla Sarkisyanın da bunu etməyə cəsarəti çatmadı.”
Bəli, “Özgə atına minən tez düşər”,-deyiblər bizim atalarımız. Əlbəttə, bu müqəddəs torpağa xain gözlə baxan nankorlar buraya necə qayıda bilərlər? Onlar onun-bunun arabasının kölgəsində yatanlardır və kölgəliklərini itirəndən sonra bir də bura ayaq basmağa cəsarətləri çatmaz. Başqalarının arxasında gizlənən namərdlər ancaq arxadan vura bilərdilər. Bu, ermənilərə xas olan xislətdir. Həmişə olduğu kimi. Çətinliyə düşən kimi yenə də Fransanı və onun kimi havadarlarını irəli verirlər.
Bu vətənsiz toplum dünyanın hər yerinə yayılıb. Heç özləri də bilmirlər ki, dünyaya harada peyda olublar. Ancaq haylar hər yerdə köpək sürüsü düzəltməyi bacarırlar, eynilə kaftarlar kimi. Çoxlıq olmasalar kimsəyə hürməyə cəsarətləri çatmır. Təşkilatlanan kimi həmin ölkənin siyasətinə, mətbuatına, qurumlarına, idarə olunmasına soxulmağa çalışırlar. Ağılları ilə yox ha, qızları və qızılları ilə. Bu gün ABŞ-da, Fransada ermənipərəst senatorlar çoxdur. Erməni əsilli sırtıq müğənni Şarl Aznaur vaxtilə o qədər üz bahəm eləmişdi ki, hətta Fransa prezidenrtliyinə talib də düşmüşdü. Belələri və onların havadarları xaricdə oturub bizim daxili işlərimizə qarışırlar, Azərbaycandakı separatçı qurumun mövcudluğu və fəaliyyəti üçün istiqamət verirlər, müxtəlif tədbirlər keçirirlər. Araik Arutyunyan, Ruben Vardanyan və başqa kim olursa-olsun, kimin “rəhbər” olmasından asılı olmayaraq söhbət ermənilərin aqressiv siyasətindən gedir. Təəssüf ki, erməni dəyirmanına su tökənlər də var. Terrorçuların Azərbaycanı tərk etməyə hazırlaşdıqları bir vaxtda Fransa Azərbaycan rəhbərliyinin icazəsi olmadan Qarabağa yardım şey-şüyləri göndərir, digəri başqa hoqqa çıxarır. Bununla da separatçılar ümidlənərək əməllərini davam etdirirlər. Emmanuel Makronla telefon söhbətində Prezident İlham Əliyev ona bildirib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra gömrük qaydalarına riayət olunmaqla Laçın-Xankəndi yolu da açıla bilər. Yəni, bu o deməkdir ki, Fransanın narahatlığına heç bir əsas yoxdur, Azərbaycan terrorçu və separatçı ermənilər tərəfindən süni surətdə ortaya atılmış bu daxili problemi də özü həll etməyə qadirdir.
Ümumiyyətlə, belə izafi danışıqların və hərəkətlərin qarşısının birdəfəlik alınmasının yeganə yolu ərazimizdəki separatçıların kökünü kəsmək, kənardan yersiz müdaxilə edənlərin isə burunlarını əzmək və yerlərində oturtmaqdır. Bunlar isə bacaracağımız işlərdir.

