Bakıda gənc oğlan bıçaqlandı
Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib.
Belə ki, 1996-ci il təvəllüdlü Hüseynov Cahad Ərəstun oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ona iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.Unikal.org

