Azərbaycanlı məmurlar “Çelsi”-“Arsenal” matçında
Bakı Olimpiya Stadionunda baş tutan “Çelsi”-“Arsenal” matçını izləyənlər arasında Azərbaycanın yüksək vəzifəli məmurları da olub.
ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çelsinin qələbəsi ilə bitən matçı stadionda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Müdafiə naziri Zakir Həsənov, Daxili İşlər naziri Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də izləyib.

