Cəmiyyət 

Azərbaycanda Milli Kibertəhlükəsizlik Strategiyası yaradılır

Azərbaycanda Milli Kibertəhlükəsizlik Strategiyası yaradılır.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “Monex Caspian” beynəlxalq sammitində deyib.

Nazir qeyd edib ki, kibertəhlükəsizlik maliyyə və bank sistemində vacib rol oynayır.

Onun sözlərinə görə, kibertəhlükəsizliyə cavabdeh qurumlar yaradılıb, bu sahədə Milli Kibertəhlükəsizlik Strategiyasının yaradılması istiqamətində iş aparılır.

R.Quluzadə bildirib ki, bankların rəqəmsallaşmasını sürətləndirmək vacibdir.

Daha çox xəbərlər