Arxasında Gürcüstana narkotik keçirən azərbaycanlıya hökm olundu
Gürcüstanın Rustavi şəhərinin məhkəməsi böyük miqdarda narkotikin alınması, saxlanılması və bu ölkəyə gətirilməsinə görə Azərbaycan vətəndaşını 15 il həbs cəzasına məhkum edib.
ARANTV.AZ-ın məlumatına görə, gürcü polislər azərbaycanlını fevral ayında “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində saxlayıblar.
Polislər həmin şəxsin ümumi çəkisi 7,2 qramdan çox olan metadon, metamfetamin və heroini Azərbaycanda aldığını, sonra isə anus dəliyində gizlədib Gürcüstana tərəf istiqamət götürdüyünü müəyyənləşdirib.
oxu.az