Bazar ertəsi, 29 İyn, 2026

Rusiya 2023-cü ilin Avropa oyunlarını qəbul edə bilər

Rusiya 2023-cü ilə planlaşdırılmış üçüncü Avropa Oyunlarını qəbul edə bilər.

ARANTV.AZ xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV yayıb.

“Bizim Avropa Olimpiya Oyunlarını keçirmək imkanımız var. Əgər Rusiyaya etibar edilsə, o zaman 2023-cü ildə keçirmək olar”, – deyə yüksək vəzifəli mənbə Rusiyanın MATÇ.TV idman kanalına bildirib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib, ikinci oyunlar isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə baş tutacaq.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir