Region Xəbərləri 

Qusar Rayon Mərkəzi Xəstəxanasında 727 hamilə qeydiyyatdadır -Reportaj

Yanvar ayından bu günə qədər Qusar Rayon Mərkəzi Xəstəxanasında 727 hamilə qadın qeydiyyatdadır.

ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qusar Rayon Mərkəzi Xəstəxanasının Qadın Məsləhətxanasının müdiri Təranə Şinqarova deyib. Onun sözlərinə görə, Qusar rayonu üzrə doğulan körpələr arasında oğlanlar üstünlük təşkil edir: “Yanvar ayında təbii doğuşların sayı 66, qeysəriyyə 12, fevralda təbii doğuş 52 qeysəriyyə 9, martda təbii doğuş 62, qeysəriyyə 9, apreldə təbii doğuş 59, qeysəriyyə 9, mayda təbii doğuş 80, qeysəriyə əməliyyatlarının sayı 10 olub”. Qeyd edək ki, may ayının 25-26-da kəskin hava şəraiti ilə əlaqədar rayon ərazisində elektrik enerjisinin verilişi 22 saata yaxın dayanıb. Bu müddətdə Qusar Rayon Mərkəzi Xəstəxanasında alternativ enerji mənbələrindən istifadə edilib. Həmin dövrdə 4 doğum və bir sıra digər cərrahi əməliyyatlar həyata keçirilib. Doğum zamanı 3 oğlan, bir qız uşağı dünyaya gəlib. Ana və uşaqların ümumi vəziyyəti yaxşıdır. Bir iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar həmin uşaqların valideynlərinə doğum haqqında şəhadətnamələr təqdim edilib.

METBUAT.AZ


Daha çox xəbərlər