QANDONDURAN HADİSƏ! Cəsədi üç yerə bölünərək basdırılan Sahibin meyiti anasına niyə verilmir?
Bir müddət öncə öldürülən Mahmudov Sahib Əlisahib oğlunun cəsədi ailəsinə verilmir.
ARANTV.AZ xəbər verir ki, bu haqda Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına oğlu Sahib Mahmudovun axtarışı üçün müraciət edən Təbrizə xanım açıqlayıb.
Ananın sözlərinə görə, oğlunun ölümündə dörd nəfərdən başqa, bir qadın da iştirak edib:
“Mən öncə sizə oğlumu axtarışı üçün müraciət etmişdim. Sonra oğlumun ölüm xəbərini aldım. Bu günə qədər ölüm xəbərini verirlər, ancaq meyiti verilmir. Oğlumun ölümündə günahlandırılan şəxslər tutulublar. Oğlumun ölümündə dörd nəfər şəxs olub, hələ qadın da var. Deyirlər ki, Sahib basdırıldığı yer ot olduğu üçün cəsədi çıxartmaq mümkün deyil. Ot qurusun, yer təmizlənsin. Bizdə görək cəsəd harada basdırılıb. Mən anayam, dişimlə, dırnağımla oğlumun cəsədini oradan çıxardaram”.
Qeyd edək ki, bir müddət öncə verilən rəsmi açıqlamada M.Sahibin öldürüldüyü, sonra cəsədinin üç yerə bölünərək Yardımlı, İmişli və Neftçala rayonlarında basdırıldığı qeyd edilirdi.



Sonxeber.az

