Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın 10 saylı ərazi partiya təşkilatını əhatə edən partiya üzvləri və əhali ilə görüşü keçirilmişdir.

Görüşdən öncə rayon təşkilatının sədri Fəqət Şadlinskaya həmin ərazidə salınmış Vətən müharibəsi şəhidi Fəxri Qəribzadənin portret- guşəsini ziyarət etmiş, anası- Vətən müharibəsində oğlunun şəhidliyindən sonra YAP-a üzv olmuş dəyanətli qadın Mehparə Qəribzadə, həmçinin YAP üzvü olan bacısı Türkan Qəribzadə və fəalların bir qrupu ilə birlikdə önünə qərənfillər düzmüşdür.
Görüşdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə rayon təşkilatının sədri F.Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik siyasətinin hazırda onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, ölkəmizin inkişafı nəticəsində daha yüksək nəticələr, uğurlar əldə etdiyini qeyd etmiş, Azərbaycanın regionda əsas söz sahibi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən böyük Qələbəsidir. Bu gün dünya liderləri Azərbaycan Prezidenti ilə hesablaşır.
Görüsdə Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra keçən müddət ərzində əldə olunan uğurlardan danışmış, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasətin humanistləşdirilməsində apardığı işlərə diqqət çəkmişdir. Hər bir inkişaf və tərəqqinin məhz insan amilinə xidmət etdiyini qeyd edən rayon təşkilatının sədri F.Şadlinskaya rayonda gedən işlərin də mahiyyətində məhz bu amilin öndə olduğunu vurğulamışdır.
Səmimi söhbət və diskussiya şəraitində keçən görüşdə partiya üzvləri və sakinlər Ələkbərzadə Xəyyam, Tağıyev Zülfü, Ələkbərli Baycan, Cəfərov Nemət, Əliyev Müfaqət, Əmiraslanov Fərid çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin gördüyü bütün işlərin xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirildiyini bildirmişlər. Xüsusi qeyd etmişlər ki, onlar bütün Azərbaycan xalqı kimi ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək siyasətini ürəkdən dəstəkləyirlər.
Görüşdə 10 saylı ƏPT-dən YAP-a qəbul olunmuş yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Görüşdən sonra Fəqət Şadlinskaya fəallara birlikdə 10 saylı ƏPT-nin uçotunda olan üzvlərin dəstəyi ilə şəhid Fəxri Qəribzadənin nümunəsində bütün şəhidlərin xatirəsinə ağacəkmə kompaniyası keçirmişlər. Ağacəkmə aksiyasında şəhid Fəxri Qəribzadənin ailə üzvləri də iştirak etmişlər. Şəhidliyə ucalmasının üç ili tamam olan igid şəhid Qəribzadə Fəxrinin anası Mehparə Qəribzadə bütün şəhid ailələri və anaları adından şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirmişdir.

Daha çox xəbərlər