Cəmiyyət 

Məşhur oteldə biabırçılıq – Çarpayı əvəzinə… – FOTO

İstirahət üçün Qubaya üz tutan Fuad Məmmədov adlı bakı sakini “Retro” oteldə xoşagəlməz mənzərə ilə qarşılaşıb.

BakuPost xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

F. Məmmədov onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş “yataq” görüb:

“Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.

Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi”.
Azərbaycanda məşhur oteldə biabırçılıq - Çarpayı əvəzinə... - FOTOAzərbaycanda məşhur oteldə biabırçılıq - Çarpayı əvəzinə... - FOTO

Daha çox xəbərlər