Azərbaycanda 13 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 13 fiziki şəxsə sığorta agenti fəaliyyəti üçün verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bununla bağlı qərar oktyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmalarıdır.

