15 min manatlıq nisyə sement götürdü, pulunu vermədi
Səbail rayonunda tikinti materiallarının satışı ilə məşğul olan sahibkar polisə şikayət edib.
ARANTV.AZ-ın məlumatına görə, mağaza sahibi Namiq Həsənov 8-ci Polis Bölməsinə şikayət edərək bildirib ki, İlham Tanrıverdiyev adlı şəxsə 15 min manatlıq nisyə sement verib. Ancaq uzun müddət keçməsinə baxmayaraq İ.Tanrıverdiyev götürdüyü sementin pulunu qaytarmaq istəmir.
Faktla əlaqədar 8-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
ölkə.az

