Region Xəbərləri 

Ədliyyə işçilərinin həyatımızda rolu.

Hər peşənin öz çətinliyi və məsuliyyəti var.İstənilən peşəyə sahib olan şəxs  işini layiqincə yerinə yetirməli və öhdəsindən gəlməyi bacarmalıdır.Ədliyyə işçilərinin də sahib olduqları peşə məsuliyyətli və şərəfli peşələrdən biridir.Çünki,bu şəxslər sayəsində insanların hüquq ,azadlıqları qorunur.Onların şərəf və ləyaqətinə hörmətlə yanaşılması təmin edilir.Məhz buna görə  Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə  böyük diqqət  göstərmişdir.Böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.

Elə,bu tarixdən etibarən Ədliyyə işçilərinin ən şərəfli günləri başlayır.Çünki,Azərbaycanda müstəqillik bu tarixdən,1918-ci ildən başlayır.O illərdən başlayaraq artıq Ədliyyə işçiləri daha peşakar və əhatəli işlər görməyə başlayırlar.

Bu səbəbdən 2000-ci ildə Heydər Əliyevin  11 noyabr tarixili qərarı ilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi hər il qeyd edilir.

Bayramla əlaqədar silsilə tədbirlər, o cümlədən ənənəvi olaraq ədliyyə veteranları və gənc əməkdaşlarla görüşlər təşkil olunub.

Bayram günlərində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə orqanları işçilərinin yüksək dövlət təltiflərinə, fəxri adlara və ali xüsusi rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür

Hətta 44 günlük müharibədə də ədliyyə işçiləri olduqca mühüm rol oynamışlar.Belə ki, müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub.

44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var.

Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir.

Ədliyyə orqanları və məhkəmələrlə  fəalyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmşdir.Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət məhkəməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökümətin  1919-cu il 11 avqust tarixi qərarı ilə əvvəllər Daxili işlər Nazirliyinin tabeliyində olan  həbsxanalar  Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.Ədliyyə işçilərinin işini Ədlyyə nazirliyi idarə edir. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin tə’sis edilməsi haqqında”, ADR-in yaranmasından nir neçə  il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Nazirlik, hüquqi ekspertiza, mühasibat uçotu və hüquqi aktların dövlət qeydiyyatı ilə ədliyyə sahəsində dövlət siyasətini və idarəetməsini idarə edir. Qanunvericiliyin hazırlanmasında, qanunların hazırlanmasında, hüquqi akt layihələri ilə bağlı təkliflərin hazırlanmasında və hüquqi maarifləndirmədə iştirak edir. Nazirlik hüquqi şəxslərin dövlət qeydiyyatına, nəşrlərin reyestrinin aparılmasına da nəzarət edir. Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, övladlığa götürmə, sənədlərin leqallaşdırılması ilə bağlı dövlətlərarası məsələlər də nazirliyin fəaliyyət dairəsinə aiddir. Bundan əlavə, agentlik məhkəmə qərarlarının icrası, məhkəmələrin təşkilati təminatı, məhkəmə məlumatlarının toplanması və qeyri-kommersiya təşkilatlarına veriləcək qrant müqavilələrinin qeydiyyatından məsuldur. Nazirliyə hazırda 2000-ci ilin aprelində təyin olunmuş Fikrət Məmmədov rəhbərlik edir.

Bu gün bu vəzifə sahibləri öz işinin öhdəsindən şərəflə və ləqatlə gəlir.Gördükləri işi  vicdanlı davranlışlarla   yerinı yetirir,loyallıq və mədəni davranış prinisipinə əməl edir.Bu gün  mən,Azərbaycan vətəndaşı olaraq Ədliyyə  İşçilərinin peşə bayramı münasibəti ilə

Onları ürəkdən təbrik edir və işlərində  uğurlar arzu edirəm.

Əfəndiyeva Məftunə Mustafa qızı

Bərdə regional ASAN  xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat sobəsinin rəisi

ARANTV.AZ 

Nilufər Əliyeva

Daha çox xəbərlər