Şəhid ailələri və yaralıların kredit və borc öhdəlikləri üçün xərclənən vəsait açıqlanıb

Şəhid ailələri və yaralıların istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə “YAŞAT” Fondu tərəfindən xərclənən vəsait 7 011 408,82 manat təşkil edir.

“Report” xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov fondun 3 illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin üç və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib:

“Əlavə olaraq fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392,73 manat borc ləğv edilib”.