Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq şəhər 7 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Bu gün 7 nömrəli tam orta məktəbin IX sinif şagirdləri və müəllimləri Ulu öndərimiz H.Əliyevin abidəsini ziyarət etmiş, sonra isə Tarix və Diyarşünaslıq muzeyinə ekskursiya etmişlər.
Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizə həsr olunmuş kitabların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular.
Ekspozisiya zalında isə şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi.
Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkildi.






